Türkiyənin məşhur aktrisası vəfat etdi




Türkiyənin məşhur aktrisası Ayşegül Atik 72 yaşında dünyasını dəyişib.

“Report” “Sözcü”yə istinadən xəbər verir ki, o, ürəktutmasından vəfat edib.

Qeyd edək ki, A.Atik 1948-ci ildə Türkiyənin paytaxtı Ankarada doğulub. O, Ankara Universiteti Dövlət Konservatoriyasının “Teatr” ixtisasını bitirib.

Film və teatr oyunçusu olan A.Atika “Ən son atalar eşidər” və “Döz ürəyim” serialları ilə məşhurluq qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu