Almaniyada azərbaycanlıların yaşadığı yataqxanada 32 nəfər koronavirusa yoluxub


Almaniyada Azərbaycandan olan sığınacaq axtaranların da yaşadığı qaçqın yataqxanasında 32 nəfərdə COVID-19 aşkarlanıb.



“Report”un Avropa bürosunun Hamburq şəhər Polis Təşkilatından əldə etdiyi məlumata görə, eyniadlı qəsəbədə yerləşən qaçqın yataqxanasında onlarla insanın koronavirusla bağlı verdiyi testin nəticələri pozitiv çıxıb. Polis, qəsəbə səhiyyə təşkilatı və yanğınsöndürən briqadaları əraziyə gələrək, 25 nəfəri yaxınlıqdakı Rahlştend qəsəbəsindəki idman zalına köçürüblər.

Yataqxana rəhbərliyindən bildirilib ki, ümumilikdə 189 nəfər koronavirus testi verib.

“Pandemiyanın ilk günündən yatqxanada sərt karantin rejimi tətbiq olunur. Ancaq görünür bu yetərli olmayıb. Virusu yataqxanada məktəblilərin yaymasından şübhələnirik”, - deyə yataqxana rəhbərliyinin açıqlamasında qeyd edilir.

Məlumat üçün bildirək ki, Harburq qəsəbəsində yerləşən qaçqın yataqxanasında Afrika ölkələri, İran, İraq, Suriya, Əfqanıstan, Pakistan, Azərbaycan, Gürcüstan və Rusiyadan gələn sığınacaq axtaranlar yaşayırlar. Ötən ayın məlumatına görə, yataqxanada 7 Azərbaycan vətəndaşı yaşayıb. Onlardan 3-ü dekabrın əvvəlində Azərbaycana deportasiya edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu