Əfqanıstanda keçid məntəqəsinə hücum zamanı 9 polis öldürülüb


Əfqanıstanın Bədaxşan əyalətində yoxlama-keçid məntəqəsinə edilmiş hücum nəticəsində 9 polis əməkdaşı öldürülüb.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hücum nəticəsində 2 polis zabiti yaralanıb.

Hücumu kimin təşkil etdiyi barədə hələlik məlumat verilmir.

Bir qədər öncə Herat əyalətində törədilmiş partlayışda 2 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb.

Partlayışdan sonra “Taliban” silahlılarının hücumu baş verib və polis əməkdaşları ilə silahlılar arasında bir neçə saat atışma davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu