Türkiyə F-35 proqramına qayıtmaq üçün hərəkətə keçdi

Türkiyə Müdafiə Sənayesi Texnologiyaları F-35 Lightning II proqramına qayıtmaq üçün lobbi fəaliyyətinə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Rosbalt saytının məlumatında deyilir. Məlumata görə, Ankara mərkəzli SSTEK Savunma Sanayi Teknolojiler (Müdafiə Sənayesi Texnologiyaları) F-35 Lightning II proqramında ABŞ-ın ticarət tərəfdaşlarına və paydaşlarına strateji məsləhət vermək və informasiya-təbliğat fəaliyyəti üçün Arnold & Porter kompaniyası ilə 750.000 dollarlıq razılığa gəlib. Bunu internet şəbəkəsində yerləşdirilmiş müqavilə sübut edir.
Beləliklə, Türk Müdafiə Sənayesi Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sisteminin alınmasından sonra xaric edildiyi beşinci nəsil qırıcı istehsalı proqramına qayıtması üçün lobbiçilik işini qurmağa başlayıb.