Çexiya ABŞ-dan 24 ədəd F-35 alır


Çexiyanın müdafiə naziri Jana Vernochova ABŞ-ın Praqadakı səfiri Bijan Sabet ilə 24 ədəd F-35 qırıcısı almaq üçün müqavilə imzalayıb.



Nazir Vernochova və səfir Sabet paytaxt Praqada görüşüblər. Görüşdə ölkə mətbuatında tez-tez işıq üzü görən 24 ədəd F-35-in satışı ilə bağlı müdafiə müqaviləsi imzalanıb.

Ölkə tarixində ən yüksək müdafiə xərcləri olaraq xarakterizə edilən müqavilə çərçivəsində Çexiya sözügedən döyüş təyyarələri üçün ABŞ-a təxminən 6,5 milyard dollar ödəyəcək.

Çexiyanın ilk təyyarəsini 2031-ci ildə alması gözlənildiyi halda çatdırılmanın 2035-ci ilə qədər həyata keçirilməsi planlaşdırılır.

Sözügedən döyüş təyyarələri hazırda ölkədə istifadə olunan İsveç istehsalı olan “Saab JAS 39 Gripen” model təyyarələrini əvəz edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu