Əli Əsədov: "2881 şəhiddən 2695-nin ailəsinə 44 milyon manat sığorta ödənişləri verilib"

AFN-in xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində şəhid olan 2881 nəfərin 2695-nin ailələrinə 44 milyon manatdan çox sığorta ödənişləri verilib.