Ermənistanda nazir jurnalistə hücum edərək xəsarət yetirib


Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan kafedə jurnalist Paylak Fahradyana hücum edib.


"Report” xəbər verir ki, bununla bağlı videogörüntüləri "Mediaport” teleqram kanalı paylaşıb.

Videomaterialda jurnalistin kompüter qarşısında əyləşərək işlədiyi əks olunur. Bu vaxt nazir ona yaxınlaşaraq əlini dartıb, sonra üzünə yumruq vurub. Nazir bundan sonra kompüterə zərbə endirib.

Qeyd edək ki, iş üzrə materialların hazırlanması üçün Baş Prokurorluq Xüsusi İstintaq Xidmətinə Farhadyana hücum haqqında məlumatı göndərib.

Hadisədən sonra jurnalist feysbukdakı səhifəsində birbaşa yayıma çıxıb. "Mən nazirə yaxınlaşdım və soruşdum ki, niyə iş vaxtını kafedə keçirirsiniz? Arşakyan dedi ki, gecə işləyir və onun üçün bütün saatlar iş vaxtıdır. Bundan sonra o kamera ilıə çəkilişi dayandırmağımı xahiş etdi.

Mən bunu edəndə nazir dedi ki, uzun müddət bu günü yadda saxlamalı olacam. Məni hədələməyə başladı. Cavabında bildirdim ki, əgər sən nazirsənsə, bu, o demək deyil ki, mənimlə belə tonda danışmalısan. Bundan sonra kompüterlə işləmək üçün yuxarı qalxdım. Arşakyan da yuxarı qalxdı və mənə hücum etdi. Budur, əlimə baxın, o, xəsarət yetirib. Arşakyan vurdu və kompüterimi də vurub xarab etdi. Masanın üzərindəki telefonuma da xəsarət yetirib", - jurnalist deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu