Məşhur ekstrasensdən Azərbaycanla bağlı proqnoz - - VİDEO


Azərbaycanlı ekstrasens Zirəddin Rzayev koronavirus pandemiyası ilə bağlı növbəti proqnozunu verib.



O, Baku TV-yə açıqlamasında pandemiyanın Azərbaycan ərazisində təsirinin nə vaxt azalacağını bildirib:

"Əvvəl demişdim ki, yayın sonu, payızın əvvəlləri bu virus bitməlidir. Doğrudan da həmin vaxt virus azaldı. Moskvadan Azərbaycana gəlmiş həkimlər Rusiyaya geri qayıtdı. Bu virusun hələ ilyarım, iki il davam edəcəyini görürəm. Bu virus o qədər də qorxulu deyil. Zamanında tədbirlər görülsə, aprel-may aylarında virus Azərbaycanda minimum həddə çatacaq”.

O həmçinin bildirib ki, 2020-2021-ci illər Azərbaycanda təbii fəlakətlər üzrə aktiv dönəmdir.

Zirəddin Rzayevin sözlərinə görə, bu illərdə ölkəmizdə sürüşmələr, zəlzələr və su daşqınlarının olması gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu