Ötən ay “SOCAR Energy Ukraine” 2,3 min ton avtomobil benzini idxal edib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkəti bu ilin mart ayında ölkəyə 2,3 min ton avtomobil benzini idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” konsaltinq qrupunun hesabatında deyilir.

Bildirilir ki, Azərbaycan şirkətinin Ukraynaya idxal etdiyi avtomobil benzinin bütün həcmləri Litvadan gətirilib.

Ümumilikdə bu ilin mart ayında Ukrayna bazarına 92,3 min ton avtomobil benzini idxal edilib. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 24,8 min ton və ya 36,7 % çoxdur.

Xatırladaq ki, 2020-ci ilin mart ayında Ukraynaya ümumilikdə 67,5 min ton avtomobil benzini idxal edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu