Paşinyana ölən əsgərin məzarına gül qoymağa icazə vermədi -


Ermənistanın Baş naziri Nikol Paşinyan Vayosdzor bölgəsinə səfəri zamanı çıxılmaz vəziyyətdə qalıb.


"Qafqazinfo" Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan buraya səfəri zamanı ikinci Qarabağ müharibəsində ölən əsgərlərin məzarlarını da ziyarət etmək istəyib. Lakin qəbiristanlıqda olan əsgər yaxınlarından biri Paşinyana məzarın üzərinə gül qoymağa icazə verməyib.

"Bu, qardaşımın məzarıdır. Mənim buna haqqım var. Sizə icazə vermirəm", - deyə ölən hərbçinin yaxını Paşinyana bildirib.

O qeyd edib ki, məsul şəxslərdən heç biri ona qardaşının meyitinin tapmasına kömək etməyib, əksinə mane olublar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu