ÜST: Yeni ölümcül virus peyda ola bilər


Bəşəriyyət gec-tez yeni bir pandemiya ilə üzləşəcək və o, indiki ilə müqayisədə daha təhlükəli olacaq.



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın 74-cü sessiyasının açılışında bildirib.

“Bu virusdan da yoluxucu və ölümcül bir virus peyda olacaq”, – ÜST rəhbəri deyib.

Onun sözlərinə görə, məhz viruslarla mübarizə dövlətlərin bir-birilə rəqabət aparmamalı, əksinə, əməkdaşlıq etməli olduğunu göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu