Ümumdünya Süd Gününü “Azərsüd”lə qeyd edin!
“Azərsüd” markası Azərbaycan xalqını 1 iyun Ümumdünya Süd Günü münasibətilə təbrik edir. İllərdir fəaliyyət göstərən, keyfiyyəti və etibarlılığı ilə alıcıların zövqünü oxşayan “Azərsüd” hər kəsə sağlam ömür arzu edir.
Yaşından asılı olmayaraq, hər kəsin sağlam gələcəyinə sərmayə qoymaqda davam edən “Azərsüd” müxtəlif adlarda süd, pendir, süd kokteyli, xama, ayran, qatıq, kəsmik istehsal edərək alıcıların rəğbətini qazanıb. İnsan sağlamlığının, keyfiyyətin hər şeydən önəmli olduğunu nəzərə alaraq, bu məhsullar vasitəsilə insanların zehni və fiziki inkişaflarını uşaq yaşlarından dəstəkləyir, keyfiyyət və ləzzəti ön planda tutur, fəaliyyət prinsiplərini bu əsaslar üzərində qurur.
“Azərsüd” markasının fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın bölgələrində sosial-iqtsadi inkişafa xidmət etmək, qoyduğu sərmayələr vasitəsilə, fəaliyyət göstərdiyi zavodla bölgə əhaləsini işlə təmin etmək, sosial rifahını daha da yaxşılaşdırmaqdır. Bunun üçün də marka fəaliyyətini genişləndirir, yeni əkin sahələrinə sərmayələr qoyulur, faydalı ərazilərin həcmi ilbəil artır.
Markanın tabeliyində fəaliyyət göstərən zavodun xammal tələbatı, eyni zamanda əhalidən toplanan süd hesabına qarşılanır. Bu da kənd təsərrüfatının, istifadəsiz qalan torpaqların əkilib-bercərilməsi ilə yenidən canlanmasına xidmət edir, heyvandarlıq və əkinçiliklə məşğul olan kəndliyə dəstək olur. Əkin ərazilərində ekoloji təmiz qaydalarla organik yonca və digər yem bitkiləri becərilir.