Maliyyə Nazirliyi: Koronavirusla mübarizə üçün Dünya Bankından kredit alınmayacaq


“Dünya Bankının koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim etdiyi “Sürətli COVID-19 Aləti” layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb”.


Bunu “Report”a açıqlamasında Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib.

“Bununla belə, kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda sözügedən kreditin alınması gündəmdə deyil”, - o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu