“Qarabağ və Şərqi Zəngəzur bütün regionun ən gözəl bölgələridir”


“Xarici sərmayələrə gəldikdə, zənnimcə, burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və bizim ilkin hesablamalarımıza görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir”.


Bunu Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib ki, sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır:

“Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər. Hesab edirəm, digər sahə turizm ola bilər, baxmayaraq ki, Ermənistan işğal olunmuş ərazilərdə təbiətimizə böyük ziyan vurub. Bir nümunə qeyd edə bilərəm.

Azad olunmuş ərazilərdə meşə massivlərinin sahəsi 230 min hektar olub. Bu gün isə peyk müşahidələrinə əsasən, meşələrin sahəsi 170 min hektardır. Yəni, 60 min hektar meşə məhv edilib. Bizim göl və çaylarımız çirkləndirilib və biz artıq bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmişik.

Eyni zamanda, işğal edilmiş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olan, çaylarımızı çirkləndirən, təbiətimizə ziyan vuran və təbii sərvətlərimizi, o cümlədən, qızıl və digər qiymətli metalları qanunsuz olaraq talayan xarici şirkətlərə qarşı hüquqi prosedurlara start verilib.

Beləliklə, xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Bütün bu ekoloji ziyana baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir. Mən ümid edirəm ki, xarici investorlar Azərbaycanda olduqca münbit sərmayə iqlimini nəzərə alacaqlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu