Vüqar Bayramov: "Türkiyədə yanğınların vurduğu ziyanın məbləği çox böyükdür"


Türkiyədə yanğınların vurduğu ziyanın məbləği çox böyükdür.


Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib. O bildirib ki, qardaş ölkənin yerli mətbuatının yaydığı ilkin qiymətləndirmə məlumatına görə, yanğınlar Türkiyə iqtisadiyyatına 300 milyard lira (34 milyard 800 milyon dollar) ziyan vurub:

"Daha konkret rəqəm isə yanğınlar tam başa çatdıqdan sonra rəsmi eskpert qiymətləndirmələri nəticəsində bəlli olacaq. Amma bütün hallarda dəymiş ziyanın məbləği böyükdür və bu, Türkiyənin mövcud valyuta ehtiyatlarının yarısından çoxunu təşkil edəcək. Təbii ki, qardaş ölkə bu ziyanı da kompensasiya etmək və sınaqdan çıxmaq gücünə malikdir. Bununla yanaşı, belə gözlənilməyən ziyanlar istənilən ölkədə dövlət yığımlarını azaldır və potensial investisiya layihələrinin sayına təsir edir. Əslində, pandemiya təsirlərinə baxmayaraq Türkiyə 2021-ci ilə pozitiv tendensiya ilə başlamışdı”.

V.Bayramov bildirib ki, bu ilin ilk 5 ayının yekunlarına görə, qardaş ölkədə sənaye istehsalı indeksi illik 40.7, aylıq isə 1.3 faiz artmışdı:

“Ümumi Daxili Məhsul (ÜDM) isə bu ilin birinci yarısında rekord səviyyədə 7.0 faiz böyümüşdü. Həmin müddətdə informasiya və kommunikasiya sektoru isə 18.1 faiz artaraq Türkiyə iqtisadiyyatında ən çox böyümə ilə yadda qalmışdı. Aqrar, meşə və balıqçılıq sektorunda isə 7.5 faiz böyümə qeydə alınmışdı. Bu isə ondan xəbər verirdi ki, 2020-ci ildə iqtisadi artım tempini qoruyub saxlaya bilən Türkiyədə bu ildə də iqtisadi hədəflər kifayət qədər böyük idi”.

Millət vəklinin fikrincə yanğınların neqativ təsirlərinə rəğmən Türkiyənin daha qısa zamanda iqtisadi ziyanları aradan qaldıra biləcəyi gözlənilir:

“Amma bütün hallarda, qardaş ölkəyə dəyən belə ziyanlar Türkiyənin iqtisadiyyatı üçün uzun müddətlid dövrdə də arzuolunan deyil”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu