Nazirlik havada toz dumanı ilə bağlı məlumat yaydı


Bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.


AFN xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır.

Hazırda havada tozun miqdarı normadan 3.9 dəfə çoxdur. Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu