Havada toz dumanı müşahidə olunur


Bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur.


Milli Hidrometeorologiya Xidmətindən AFN-ə verilən məlumata görə, peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır.

Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur. Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu