İtə rəhmsiz rəftar göstərən şəxslərin müəyyən edilməsi ilə bağlı araşdırmalara başlanılıb
![](/uploads/posts/2021-09/1631469342_613deb5e730ce613deb5e730cf1631447902613deb5e730cc613deb5e730cd.jpg)
Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır.
Xidmətin rəisi Hikmət Əlizadə APA-ya bildirib ki, hazırda hadisənin harada baş verməsi və təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.