İntihar edən 16 yaşlı qız nişanlı imiş


Dünən axşam saatlarında Bakıda özünü binanın 9-cu mərtəbəsindən atan qızın ilkin intihar səbəbi məlum olub.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Aynur Eyvazovanın ailəsi əslən Yardımlı rayonunun Avaş kəndindəndir. Bir neçə il öncə Müşfiqabad qəsəbəsində həmin evdə kirayə yaşamağa başlayıblar.

Ailə Aynuru 9-cu sinifdə oxuyarkən məktəbdən çıxarıb və təhsildən yayındırıb. Bu yaxınlarda isə ailə üzvləri 16 yaşlı qızı evləndirmək barədə razılığa gəliblər. Nişanlanan Aynurun qarşıdakı günlərdə toyu olacaqmış. Lakin bəlli olmayan səbəblərdən toyun vaxtı dəyişdirilib. İlkin ehtimala görə, 16 yaşlı qız məhz bu səbəbdən başlanan mübahisə nəticəsində özünü ataraq intihar edib.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, yeniyetmə oktyabrın 14-ü saat 23 radələrində özünü yaşadıqları mənzilin eyvanından atıb. Xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu