Kəlbəcərdə fəhlə faciəvi şəkildə ölüb


Kəlbəcər rayonunun Zar kəndində fəhlə bədbəxt hadisə nəticəsində vəfat edib.


Baş Prokurorluğun Mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu