Azərbaycan İrana başsağlığı verdi
![](/uploads/posts/2021-11/1636971557_1634209543_jyhjhgh.jpg)
İranda baş verən zəlzələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bu ölkəyə başsağlığı verib.
Nazirliyin tviter səhifəsində paylaşılan məlumatda deyilir: “İranın cənubunda baş verən güclü zəlzələ xəbərindən çox sarsıldıq. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını diləyirik”.