Pediatrların sertifikasiya imtahanına düşən suallar narazılıq yaratdı - FOTO


Pediatrların sertifikasiya imtahanına düşən suallar həkimlətin narazılığına səbəb olub.


AFN xəbər verir ki, bu barədə tanınmış pediatr Aytən İsmayılzadə bildirib. Onun sözlərinə görə, tərtib edilən suallar bu peşənin sahiblərini ələ salmaqdır: "Mən bu testi oxumağa sərf etdiyim vaxta bir ananın sualına cavab yazaram, milyon dəfə faydalı olar. Bu nə sualdır? Bunu tərtib edən, sən həkimsən? Heç inanmıram. Məntiqə baxın. Deməli, bu testi tərtib edən kəs elə hesab edir ki, bizim həkimlərin içində eləsi tapıla bilər ki, E bəndini işarələsin. Yəni hesab etsin ki, bir həftəlik uşaqda NİTQƏ nəzarət etmək lazımdır. Yox bir, himni oxumağına nəzarət lazımdır!
Əgər bu bəndi heç kəs işarələməzsə (ki başqa cür ola da bilməz), bəs onda bu bənd niyə var? Bizi ələ salmağa? Bizim vaxtımızı axmaq sualları oxumağa sərf etməyə? Siz də yəqin mən görəni görürsüz. Maraqlıdır ki, bunu yazan nə düşünüb bu bəndi salanda?"
A.İsmayılzadənin paylaşdığı sualı təqdim edirik:
Yeni doğulmuş (bir həftəlik) uşaqda əsasən nəyə nəzarət etmək lazımdır?
a) çəkisinin artmasına
b) psixomotor inkişafa
c) hemoqlobinin səviyyəsinə
d) boyun inkişafına
e) nitqə

Pediatr onu da qeyd edib ki, bu cür gülünc, savadsız, səhv tərtib edilmiş sualları toplayır: "Sonda bunlara aid video çəkib qoyacam. Bu da bizim səhiyyənin qara üzündən biri olsun. Belə də davam edəcəksə, mən muqavilə ilə işləməyi seçəcəm. Məni heç kim bu cür adamı alçaldan suallara cavab verməyə məcbur edə bilməz. "Sertifikasiyaya son" demədim, çunki öyrənmək tərəfdarıyam. Mən sualları da, təlimçiləri də dəyişməyi təklif etmişdim. Sertifikasiya suallarını ilk dəfədi görürəm, çunki ilk dəfədi imtahana hazırlaşıram. Amma sualların bu cur gülünc olduğunu heç kimdən eşitmədim. Hər kəs razılaşıb imtahanı verdi. Amma bilin ki, bu gun biz bununla razılaşırıqsa, özumuzun alçaldılmağımıza qol çəkiriksə, gələcəkdə uşaqlarımız uçun işıqlı bir gün görünmür.
Sualların uyğunsuzluğu ilə bağlı bir təkmilləşmə muəlliminə muraciət etdim. O dedi ki, sualları kim tərtib edirsə onlar məxfi qalır. Əlbəttə, mən də razıyam ki, məxfi qalsın. Amma bu halda yaxşı olar, məxfilik götürülsün, hər kəs öz tərtib etdiyi suallara görə məsuliyyət daşısın".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu