Pul gedir, amma çatmır: "Paşa Bank"da qəza?
Noyabrın 27-də “Paşa Bank”ın onlayn sistemində fasilə yaranıb.
AFN haqqın.az-a istinadən xəbər verir ki, bankın müştəriləri kütləvi şəkildə “Kartdan karta” əməliyyatı zamanı kartlarından pulun çıxarılmasından, lakin vəsaitin ünvana çatmamasından şikayət edirlər. Uğursuzluğun səbəbləri məlum deyil. Əvvəllər sistemdə heç bir profilaktik təmir işi barədə məlumat verilməyib. Maraqlıdır ki, uğursuzluq məhz “Paşa Bank” sistemində baş verib. Digər bankların onlayn əməliyyat xidmətləri səhvsiz işləyir.