İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Türkiyənin dövlət-özəl tərəfdaşlıq modelini öyrənir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları Türkiyədə keçirilən dövlət-özəl tərəfdaşlıq modelinin (PPP) tanıtımı ilə bağlı tədbirdə iştirak edib.
“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.
6-cı dəfə keçirilən tədbirə 30 ölkədən rəsmi şəxslər, beynəlxalq maliyyə institutlarının nümayəndələri, beynəlxalq investorlar, PPP sahəsində çalışan alimlər, infrastruktur investisiyalarında iştirak edən yerli və xarici şirkətlər iştiral ediblər.
Dünya PPP Ekspertləri Assosiasiyasının (WAPPP) Mərkəzi Asiya Departamentinin rəhbəri Eyyub Vural Aydın deyib ki, Azərbaycan, Qırğızıstan və Qazaxıstandan gələn qonaqları ölkələrində həyata keçiriləcək yeni layihələr üçün türk şirkətləri ilə danışıqlar aparırlar.
Tədbirə iştirak edən cbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strategiya şöbəsinin müdiri Araz Nəsirov bildirib ki, onlar uzun müddətdir ki, PPP modelini araşdırır: "Digər ölkələrdə bu modellə yalnız maliyyələşdirmənin təmin olunması arzulanır. Ancaq Türkiyədə bunun sadəcə bir maliyyələşdirmə modeli olmadığını, keyfiyyət standartlarına çatdığını gördük. Bu modeli həyata keçirən və uğursuzluğa düçar olan ölkələr var. Amma Türkiyə ən yaxşı icraçılardan biridir".