Yoluxanların bu günə olan statistikası açıqlandı
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 109 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkadan 17 nəfər COVID-19-dan dünyasını dəyişib.