Türkiyədə yol qəzası olub, 6 nəfər ölüb, 3 nəfər yaralanıb


Türkiyənin Ankara əyalətinin Kahramankazan rayonunda iki avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər yaralanıb.


“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, hadisə Ankara-Kahramankazan avtomobil yolunun 16-cı kilometrliyində baş verib. Əskişəhərdən Kahramankazana dəfn mərasiminə gedən və içərisində 5 nəfərin olduğu avtomobil 4 nəfəri işə aparan maşınla toqquşub.

Yaralananlar Ankara şəhər xəstəxanasına yerləşdiriliblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu