Üç aylıq körpə su anbarında boğulub öldü


Astara rayonunda üç aylıq körpə su anbarında boğularaq ölüb.


Hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Körpənin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu