"Qarabağ"ın qapıçısı Qazaxıstan klubuna keçə bilər


Azərbaycan millisinin və "Qarabağ" klubunun qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.


"Report" "Meta-ratings" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı qolkiperlə "Aktobe" klubu maraqlanır.

Klub artıq oyunçuya təklif də göndərib. Balayevin Qazaxıstan çempionatına qayıtmağa hazır olduğu bildirilib.

Ancaq "Aktobe" təcrübəli qapıçını çox gözləməyəcək. Balayevin mümkün keçidinə "Qarabağ"ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin uzun müddət sıradan çıxması mane olur. Bu səbəbdən, "Aktobe" başqa namizədlərə yönələ bilər. Qazaxıstan təmsilçisi vəziyyətin inkişafını izləyəcək və paralel olaraq digər qapıçılarla danışıqlar aparacaq.

Qeyd edək ki, Emil Balayev 2019-cu ildə Qazaxıstanda "Tobol"un formasını geyinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu