Mingəçevirdəki partlayış nəticəsində xəsarət alanların sayı 3-ə çatıb


Mingəçevir şəhərində evdə baş verən partlayış nəticəsində xəsarət alanların sayı 3-ə çatıb.


"Report"un məlumatına görə, bunlar 1966-cı il təvəllüdlü Qəmbərova Sevinc Mosul qızı, 1992-ci il təvəllüdlü Məmmədov İlkin Yaqub oğlu və 1997-ci il təvəllüdlü Ələkbərova Aynurə İlqar qızıdır.

Hadisə baş verən zaman ailə üzvlərinin üçü də evdə olub. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu