DSMF sədri: "Bu il əlilliyin dayandırılması həyata keçirilməyib"
"Cari il 190 mindən artıq şəxsin əlillik müddəti bitib. İl ərzində əlilliyin dayandırılması həyata keçirilməyib".
"Report" xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov "2021-ci ilin yekunlarına dair" mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, onlar təkrar müayinəyə cəlb edilərək yenidən təqaüd ala bilər.
H.Məmişov deyib ki, saxta əlilliyin ləğv edilməsi və dövlət büdcəsinə nə qədər vəsaitin ödənilməsi ilə bağlı rəqəmlər gələn ilin aprel-may aylarında açıqlanacaq.