ATƏT sədri Rusiyaya səfər edəcək

ATƏT sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Rusiyaya səfər edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər fevralın 14-də baş tutacaq.