Haaqa Məhkəməsi Ukraynadakı hadisələrlə bağlı soyqırımı aktı araşdırmasına başlaya bilər
“Haaqa Məhkəməsi Ukraynada baş verən hadisələri yaxından izləyir”.
Bunu Beynəlxalq Cinayət Məhkəməsinin hüquqi instansiyasının prokuroru Kərim Xan bildirib.
O qeyd edib ki, 2014-cü il fevralın 20-dən Ukrayna ərazisində törədilmiş soyqırım aktları, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərlə bağlı təhqiqata başlanıla bilər.