Zelenskinin danışıqlar aparmaq üçün təklif etdiyi şəhərlər arasında Bakı da var - VİDEO

“Varşava, Bratislava, İstanbul, Bakı - danışıqlar aparmaq üçün biz bu şəhərləri Rusiyaya təklif etmişik”.
AFN.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa etdiyi növbəti müraciətində deyib.
O qeyd edib ki, Minskdə danışıqların baş tutması istisna edilir, çünki hazırda Ukrayna məhz bu şəhərdən də atəşə tutulur.