Ukrayna və Rusiya arasında danışıqların saatı məlum olub

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün yerli vaxtla saat 15:00-da baş tutacaq.
“Report” BelTA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.
Onun sözlərinə görə, görüşün başqa günə ertələnməsi barədə xəbərlər həqiqətə uyğun deyil.