İcra başçısı jurnalisti həbs etdirməkdə israrlıdır – Cəmil Məmmədlinin məhkəməsi


Bu gün Xaçmaz rayon Məhkəməsində jurnalist Cəmil Məmmədliyə qarşı Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin xüsusi ittiham qaydasında iddia ərizəsinə baxılacaq.


Qaynarinfo xatırladır ki, Ziyəddin Əliyevin iddiası ötən ilin aprelin 2-də icraata götürülüb və məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), 148-ci (böhtan) maddələri ilə təqsirləndirlən şəxs qismində tanıyıb.

Buna qədər keçirilən proseslərdə jurnalist Cəmil Məmmədli ittihamın əsassız olması ilə bağlı məhkəməyə onlarla sübut təqdim edib. Məsələn, ötən proseslərdə ittiham tərəfi Cəmil Məmmədlinin "Facebook”da yazdığı statusları sübut kimi təqdim etməyə çalışıb. Amma məlub olub ki, bu statusların Ziyəddin Əliyevə dəxli yoxdur.

Cəmil Məmmədli Ziyəddin Əliyevin 200 nəfərin maaş kartını mənimsədiyini yazandan sonra məhkəməyə verilib. İcra başçısı iddia edir ki, jurnalistin yazdıqları əsassızdır. Amma maraqlıdır ki, məhkəmədə ittiham tərəfi bu məsələni deyil, jurnalistin başqa yazılarını əsas gətirir.

Bu da onu göstərir ki, Ziyəddin Əliyev Cəmil Məmmədlinin korrupsiya faktlarını araşdırmasından narahat olaraq israrla onu həbs etdirməyə çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu