Ukraynada şəhər meri güllələnərək öldürüldü

Rusiya hərbçiləri Qostomel şəhərinin meri Yuri Prilipkonu güllələyiblər.
AFN.az “Unian”a istinadən xəbər verir ki, merdən başqa, onun iki nəfər işçisi - Ruslan Karpenko və İvan Zarey də qətlə yetirilib. Onların humanitar yardım gətirərək insanlara çörək və dərman payladığı bildirilir.
Vəziyyəti nəzərə alaraq, Qostomel sakinləri dəfn mərasimində iştirak edə bilmirlər.