Bakıda gecə klubunda baş verən partlayışda yaralanan daha bir nəfər evə buraxılıb


Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı xəsarət alaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə ambulator müalicə üçün evə buraxılıb.


Bu barədə AFN.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün ümumilikdə ambulator müalicə üçün 3 nəfər evə göndərilib.

"Hazırda tibb müəssisələrində ümumilikdə 15 nəfər müalicə alır. Onlardan 12-si TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir" - məlumatda bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu