Rusiya Ukraynın şərqində yeni hücuma hazırlaşır

Rusiya qoşunlarını yenidən qruplaşdırır və Ukraynanın şərqində yeni hücum əməliyyatı üçün qüvvələrini cəmləşdirir.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
"Məqsəd Donetsk və Luqansk vilayətləri üzərində tam nəzarəti bərqərar etməkdir. Düşmən bəzi əməliyyat bölgələrində bölmələrin mövqelərini yaxşılaşdırmağa çalışır", deyə məlumatda qeyd edilib.