Vətərlərin, bağların, əzələlərin və oynaqların travması zamanı ən yaxşı köməkçiniz: СLODİFEN-VM


Vətərlərin, bağların, əzələlərin və oynaqların travması, dartılması və əzilməsi zamanı; yumşaq toxumaların revmatizminin lokalizasiyalı formalarında ən yaxşı köməkçiniz “СLODİFEN-VM” olacaq. Təbii ki, əgər elə indi apteklərə gedib alsanız.


Tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 0,05 q diklofenak natrium vardır.

Farmakoterapevtik qrupu
Xaricə istifadə üçün qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP).

İstifadə qaydası və dozası
Xaricə istifadə edilir.
Böyüklər
Сlodifen-VM preparatını ehtiyatla hopdurmaq lazımdır. İstifadə edilən nahiyənin ölçüsündən asılı olaraq, 0,4-0,8 q (təqribən 400-800 sm2 bir nahiyənin müalicəsi üçün kifayətdir) gel gündə 2-4 dəfə istifadə edilir. Preparat sürtüldükdən sonra əllər müalicə nahiyəsi olmadığı halda onları yumaq vacibdir.
Müalicə təqribən 7 gündən sonra yenidən nəzərdən keçirilməlidir. 3 gündən sonra pasiyentin vəziyyəti yaxşılaşmaya döğru getmədiyi halda həkimə məlumat vermək lazımdır.
Həkim tərəfindən fərqli istifadə tövsiyə edilmədikdə, yumşaq toxumanın zədələnmələrində və revmatizmdə 14 gün və artrit ağrılarında 21 gündən artıq istifadə edilməməlidir.
Yaşlı pasiyentlər
Əlavə təsirlərin yaranmasına məruz qalan yaşlı pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır. Təlükəsizliyin klinik nəzarətinə müvafiq kiçik dozalarda istifadə etmək lazımdır.
Uşaqlar və 14 yaşa qədər yeniyetmələr
Uşaqlarda və 14 yaşa qədər yeniyetmələrdə istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmaması ilə əlaqədar bu kateqoriyadan olan pasiyentlərdə istifadəsi məsləhət görülmür.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu