İcbari Sığorta Bürosunun saytına hücum olub? - 40 milyon şəxsi məlumatın ələ keçirildiyi deyilir


Azərbaycanın İcbari Siğorta Bürosunun saytına xaricdən kiber hücum olub.


AFN xəbər verir ki, məlumatı bloger Həbib Müntəzir yayıb. Onun bildirdiyinə görə, nazirlər, dövlət rəsmiləri də daxil, milyonlarla şəxsin 40 milyon məlumatının ələ keçirildiyi bildirilir: "Bura şəxsi telefon nömrələri, şəkillər, vəsiqələr, sürücülük vəsiqələri, vətəndaşların şəxsi məlumatları və s. daxildir. Həklənmiş məlumatlar arasında Nazirlər Kabineti, DİN, DTX, Miqrasiya Xidməti, Ədliyyə nazirliyi və digər rəsmi qurumlara məxsus məlumat bazaları var".

Qeyd edək ki, İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə “İcbari sığortalar haqqında” Qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilib və fəaliyyət göstərir.

Xəbəri dəqiqləşdirməyə çalışırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu