Fövqəladə hallar naziri: "Azərsun Sənaye Parkı”nda yanğın bir saata, saat yarıma lokallaşacaq"


"Çox güclü yanğın idi. Artıq demək olar ki, min kvadrat metr ərazidə soyutma və söndürmə işləri gedir. Bu o deməkdir ki, alov 1 saata, saat yarıma lokallaşacaq, bitəcəkdir".


Bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazir yanğın ərazisində közərmələrin olacağını, növbətçi yanğınsöndürən maşınların ərazidə səhərə qədər ərazidə qalacağını əlavə edib: "Bu yanğın zamanı heç bir ekoloji problem yaranmayıb. Nazirliyin laboratoriyası bir neçə saat əvvəl mütəmadi olaraq cihazlarla, habelə ETSN-in cihazları ilə birgə araşdırma aparıblar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu