"Nərmin işi"ndə ŞOK AÇIQLAMA: "Sabiq polis rəisi və müavini işgəncə verib" - VİDEO
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
AFN.az BAKU.TV-yə istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən İlkin Süleymanov növbəti ifadəsini verib.
O, cinayəti boynuna götürməsi üçün işgəncələrə məruz qalmasından danışıb. İlkin Süleymanov ifadəsində rayonun keçmiş polis rəisi Şirzad Əsgərov və rəis müavini Şahlar Cəfərovun ona işgəncə verdiyini və cinayəti boynuna götürməyə məcbur etdiyini bildirib.
Ətraflı videomaterialda izləyə bilərsiniz: