Bu ay qida zəhərlənməsindən 16 nəfər KTM-ə müraciət edib


Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə may ayı ərzində tək qida zəhərlənməsindən 16 nəfər müraciət edib.


Bu barədə şöbə müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, əsas zəhərlənmələr meyvə və tərəvəz məhsulları ilə qidalanmadan baş verir: “Buna səbəb isə meyvə və tərəvəz məhsullarına verilən gübrənin tərkibində nitratların və nitritlərin çox olmasıdır. Bu cür zəhərlənmə hallarında vətəndaşlar əsasən mədə nahiyyəsində olan ağrılardan, köpdən, ürəkbulanmadan, qusmadan, baş gicəllənmədən, ümumi zəiflikdən və ishaldan şikayətlənir. Belə hallarla qarşılaşdıqda mütləq həkimə müraciət edin”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu