İcra Hakimiyyətinin nümayəndəsi jurnalistlərə rüşvət təklif edib - VİDEO


Bakıda Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə jurnalistlər arasında insident yaşanıb.


Hadisə iyunun 7-si Elmlər Akademiyası metrostansiyası yaxınlığında baş verib. Belə ki, ərazidə fəaliyyət göstərən sahibkarlar onların satış köşklərinin qanunsuz sökülməsi iddiası ilə bağlı jurnalistlərə müraciət ediblər. Həmin şəxslərin şikayətini lentə alan “Toplum TV”nin jurnalistlərini İcra Hakimiyyətinin nümayəndəsi qarşılayıb. Jurnalistlərin sözlərinə görə, Vüsal Hüseynov adlı həmin nümayəndə onlara çəkilişin aparılmaması qarşılığında pul təklif edib.

Jurnalistlər deyir ki, rüşvət təklif edəndən sonra İcra Hakimiyyətinin nümayəndəsi jurnalistlərin telefonlarını əllərindən alaraq ərazidən uzaqlaşıb. O, jurnalistlərin çəkdiyi foto və videogörüntüləri silməyə çalışıb.

Onlar DİN-in 102 çağrı mərkəzinə zəng etdikdən sonra onların telefonları təmsil etdikləri redaksiyaya qaytarılıb.

Qafqazinfo faktla bağlı Yasamal Rayon İcra Hakimiyyətinin mövqeyini də öyrənməyə çalışıb. İcra Hakimiyyətindən sayta bunlar deyilib: “Yasamal rayonu ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində və sakinlərin şikayəti əsasında 7 iyun 2022-ci tarixində sahibkarlarla, eləcə də qeyri-qanuni fəaliyyət göstərən vətəndaşlarla, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr arasında baş vermiş insidentlə bağlı hazırda araşdırma aparılır və araşdırma başa çatdıqdan sonra qanuni tədbirlər həyata keçiriləcək”.

[media=https://www.youtube.com/watch?v=mYulLVEyGhQ&t=3s]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu