47 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşə bilər - BMT


Ukraynadakı münaqişə qida çatışmazlığı ilə üzləşən insanların sayını 47 milyon nəfər artıraraq, ümumilikdə 323 milyona çatdıra bilər.


Bu barədə məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Ərzaq Proqramının birgə hesabatında yer alıb.

Məlumata görə, müharibə nəticəsində həyati əhəmiyyət kəsb edən kənd təsərrüfatı istehsalında və ixracatda pozuntular meydana gəlib və enerji qiymətlərində artım müşahidə olunub.

FAO-nun qiymət indeksinə əsasən, yanvar ayından etibarən ərzaq məhsullarının qiyməti 17%, dənli bitkilərin qiyməti 21%-dən çox bahalaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu