Mobil telefon cihazları bazarında yoxlamalarla bağlı 3 şirkət haqda iş qaldırılıb

AFN.az xəbər verir ki, bu dəfə Dövlət Xidməti tərəfindən mobil telefon cihazları bazarında araşdırmalar aparılıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib. Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməyən “V-TELECOM” MMC, “İMPERİUS” MMC və “BUL ELECTRONİCS” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.