Yaponiyadan Rusiyaya avtomobillər aparan gəmi yanıb


Rusiyanın “Anqara” gəmisi Yaponiya dənizində, Honsyu adasındakı Toyama şəhərindən təxminən altı kilometr şimalda alovlanıb.


“Report” xəbər verir ki, bu barədə Rusiyanın Niiqatadakı Baş Konsulluğu məlumat yayıb.

Qeyd olunub ki, Rusiya vətəndaşlarından ibarət 25 ekipaj üzvünün hamısı yanan gəmidən sağ-salamat çıxarılıb.

İşlənmiş yapon avtomobilləri daşıyan “Anqara” gəmisi Fuşiki limanından Vladivostoka doğru üzürmüş.

İlkin məlumatlara görə,yanğına səbəb gəminin göyərtəsində olan avtomobillərdən birinin alışması olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu