Ukrayna taxılın daşınması üçün yeni dəhliz təklif edib
Ukrayna hökuməti öz ərazisindən taxıl ixracı üçün yeni təhlükəsiz dəhliz təklif edib.
Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazıb.
Bu dəhlizin marşrutunun nə olacağı dəqiqləşdirilməyib. Rusiya və Ukrayna razılaşa bilsələr, onların nümayəndələri İstanbulda Türkiyə və BMT-nin iştirakı ilə görüş keçirəcək.
Qəzetin yazdığına görə, taxıl ixracı planı üzərində iş gedir: “Ukrayna tərəfi limanları minalardan təmizləndikdən sonra təhlükəsizlik zəmanəti istəyir, Rusiya isə gəmilərindən beynəlxalq sulara girərkən heç bir sürprizlə qarşılaşmamağı tələb edir”.