Dövlət Komitəsinin sədri İsmayıllı rayonunda vətəndaşları qəbul edib


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsmayıllı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.


Komitənin mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, qəbulda İsmayıllı və Ağsu rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.
Qəbuldan əvvəl Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri aliment, məişət zorakılığı, ünvanlı sosial yardım, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, qəyyumluğun təyin olunması və bir sıra digər məsələlərlə bağlı olub.
Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Qəbulda psixoloji dəstəklə bağlı olan müraciətlər Komitənin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə yönəldilib.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu