Aİ 7-ci sanksiyalar paketinin qəbuluna hazırlaşır – Rusiyanı bu dəfə nə gözləyir?


Avropa İttifaqı iyulun sonuna kimi Rusiya və Belarusa qarşı yeddinci sanksiyalar paketini qəbul etməyə hazırlaşır.


Bu barədə “Azadlıq” radiosunun avropalı redaktoru Rikard Yozvyak “Tvitter” səhifəsində məlumat verib.

“İyulun sonunda – yay tətili başlamazdan əvvəl Rusiyaya qarşı yeddinci sanksiyalar paketini razılaşdırmağa çalışırlar. Bəzi boşluqlar bağlanacaq, həmçinin qızıl ixracına sanksiya qoyulacaq. Lakin paket Rusiyadan qaz ixracına qarşı sanksiyaları əhatə etməyə bilər”, – məlumatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu